Bank Of Baku

Demokratiya Uğrunda İttifaqla Müsavat Partiyası rəhbərliyi arasında növbəti müzakirələr aparılıb

Demokratiya Uğrunda İttifaqla Müsavat Partiyası rəhbərliyi arasında növbəti müzakirələr aparılıb
# 12 may 2010 14:55 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Demokratiya Uğrunda İttifaqla (DUİ) Müsavat Partiyasının rəhbərliyi arasında növbəti müzakirələr aparılıb. DUİ-yə daxil olan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu APA-ya açıqlamasında bildirib ki, toplantıda ölkədəki ictimai-siyasi vəziyyət və rayonlarda baş verən daşqınlar müzakirə edilib. Tərəflər daşqınlar və onun nəticələri ilə bağlı dəyirmi masa keçirməyi qərara alıblar.

M. Mirəlioğlu bildirib ki, toplantıda mayın 21-nə təyin edilmiş mitinq və parlament seçkilərinə hazırlıq müzakirə edilib: “Seçki dairələri üzrə namizədlərin müəyyənləşməsi üçün məsləhətləşmələr davam edir. Bütün dairələr üzrə müzakirə aparılıb, burada çeşidli məsələlər var. Hələlik bu barədə yekun fikir bildirmək mümkün deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR