Bank Of Baku

“Azadlıq” bloku icazəsiz mitinq keçirmək haqqında qərar qəbul edib

“Azadlıq” bloku icazəsiz mitinq keçirmək haqqında qərar qəbul edib
# 13 may 2010 13:42 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Azadlıq” bloku mayın 15-də Nərimanov kinoteatrının qarşısında icazəsiz mitinq keçirmək haqqında qərar qəbul edib. Blokda təmsil olunan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev APA-ya bildirib ki, Bakı şəhər İcra Hakimiyyəti blokun mitinq üçün etdiyi müraciətə mənfi cavab verib. Şəhər rəhbərliyi cavab məktubunda aksiyanın Binəqədi rayonu Binəqədi qəsəbəsinin İdman-Sağlamlıq Kompleksinin stadionunda, Səbail rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançada, yaxud da Xətai rayonu Zığ yolu küçəsi 29/22-ci məhəllə ilə üzbəüz meydançada keçirməyi təklif edib.

Ə. Əliyev bildirib ki, blok “Azneft” meydanı, Teleteatrın qarşısındakı meydan, Cavid Bağı, Sahil Bağı, Nərimanov kinoteatrının, Cəfər Cabbarlı heykəlinin qarşısındakı meydanlardan birin də mitinq, yaxud Parlament prospektində yürüş etmək üçün müraciət etmişdi: “Şəhər rəhbərliyinin qərarı qanuna ziddir, buna görə də biz aksiyanın Nərimanov kinoteatrının qarşısında keçirməyi qərara aldıq”.

Aksiyada seçkiöncəsi şəraitin demokratikləşməsi, Seçki Məcəlləsinin dəyişdirilməsi və digər tələblər irəli sürüləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR