Bank Of Baku

AMİP rəhbərliyi ilə amerikalı diplomatlar arasında görüş keçirilib

AMİP rəhbərliyi ilə amerikalı diplomatlar arasında görüş keçirilib
# 13 may 2010 13:43 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) rəhbərliyi ilə ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə müşavirləri Coanna Qanson və Ceymi Smit arasında görüş keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə ABŞ-Azərbaycan əlaqələri, ölkədəki mövcud siyasi-iqtisadi durum və Dağlıq Qarabağ problemi müzakirə edilib.

Diplomatlar ABŞ-ın Azərbaycanla əlaqələri möhkəmləndirməkdə maraqlı olduğunu bildiriblər. Onlar ABŞ-ın Azərbaycanda keçiriləcək parlament seçkilərinə böyük önəm verdiyini və bu sahədə hər cür dəstəyə hazır olduğunu deyiblər. ABŞ səfirliyinin nümayəndələri Dağlıq Qarabağ probleminin tezliklə beynəlxalq hüquq normaları və prinsiplərinə uyğun çözüləcəyinə ümidlərini də dilə gətiriblər.

AMİP-in müvəqqəti qərargahında keçirilən görüşdə partiyanın baş katibi Fuad Muxtarov, qurultaya hazırlıq işləri üzrə Təşkilat Komitəsinin sədri Arzuxan Əlizadə, təşkilat katibi Nazim Ələsgərov, mətbuat və təbliğat katibi Əli Orucov, bələdiyyələrlə iş üzrə katib Elşən Mustafayev, beynəlxalq əlaqələr üzrə katib Yusif Bağırzadə iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR