Bank Of Baku

Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyası çağırılacaq

Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyası çağırılacaq
# 14 may 2010 09:23 (UTC +04:00)
Məlumata görə, Milli Məclisin yaz sessiyası mayın 31 də başa çatır. Yaz sessiyası başa çatana kimi isə parlamentin ancaq bir iclasının keçirilməsi planlaşdırılır. Lakin yaz sessiyasının qanunvericilik işləri planına daxil edilən qanun layihələrinin hamısı qəbul edilməyib. Bundan başqa, parlamentə yeni sənədlərin daxil olacağı gözlənilir ki, bunun üçün də növbədənkənar sessiyanın çağırılması qaçılmaz olacaq. Sessiyanın iyun ayı ərzində keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyalarının çağırılması üçün deputatların 1/3-nin müraciəti olmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR