Bank Of Baku

VHP parlament seçkilərində iştirak barədə qərar verib

VHP parlament seçkilərində iştirak barədə qərar verib
# 14 may 2010 09:36 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Vətəndaş Həmrəyliyi Partiyası (VHP) bu il Azərbaycanda keçiriləcək parlament seçkilərində iştirak etmək qərarı verib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, VHP Siyasi Şurası seçkilərində təkbaşına iştirakı məqbul sayıb. Toplantıda partiyanın 31 nəfərlik namizədlər siyahısı müəyyən edilib. Namizədlərin müəyyənləşdirilməsi prosesi davam edəcək.

İclasda çıxış edən partiya sədri Sabir Rüstəmxanlı bu il parlament seçkiləri ili olduğu üçün cəmiyyətin siyasi fəallığının yüksəldiyini deyib.

İyunun 12-də VHP-nin ümumrespublika konfransının keçirilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR