Bank Of Baku

Gəncədə Yeni Azərbaycan Partiyasının respublika müşavirə-seminarı keçirilir

Gəncədə Yeni Azərbaycan Partiyasının respublika müşavirə-seminarı keçirilir
# 14 may 2010 12:14 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. Bu gün Gəncədə Yeni Azərbaycan Partiyasının (YAP) şəhər və rayon təşkilatlarının sədrlərinin iştirakı ilə 2 günlük respublika müşavirə-seminarı öz işinə başlayıb. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, keçirilən tədbirin əsas məqsədi YAP şəhər və rayon sədrlərinin ümumrespublika müşavirəsi və partiyanın Gəncə şəhər təşkilatının təcrübəsinin öyrənilməsidir. Tədbirdə YAP sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov, YAP icra katibinin müavinləri Siyavuş Novruzov və Mübariz Qurbanlı, partiyanın 74 şəhər və rayon təşkilatının rəhbərləri iştirak edir. Tədbir ilk olaraq Gəncə şəhərində Heydər Əliyevin abidəsinin ziyarət olunması ilə başlanıb. Daha sonra tədbir iştirakçıları Cavad xanın türbəsini və Nizami məqbərəsini ziyarət ediblər.

Jurnalistlərin suallarını cavablandıran Əli Əhmədov bildirib ki, bu müşavirə-seminarların Gəncə şəhərində keçirməsində bir neçə məqsəd var: “Məqsədlərdən biri səyyar müşavirə keçirməkdir ki, bu da partiyanın qarşıdan gələn parlament seçkiləri ilə əlaqədar hazırlığına start verilməsi ilə əlaqədardır. Digər məqsəd təbiidir ki, Gəncə şəhəri ilə yaxında tanış olmaq, Yeni Azərbaycan Partiyasının bütün şəhər və rayon təşkilatı sədrlərini Gəncə şəhərində son illər həyata keçirilən quruculuq abadlıq işləri ilə tanış etməkdir. Ümumiyyətlə Azərbaycanda son illərdə çox böyük quruculuq işləri görülüb. Azərbaycanın siması dəyişib və eyni zamanda insanların həyatı kökündən dəyişib. Azərbaycanda həyata keçirilən bu quruculuq işlərinin simvolik mərkəzlərindən biri Gəncə şəhəridir. Çünki Gəncədə sözün həqiqi mənasında son illər çox böyük quruculuq işləri görülüb. Gəncə tamamilə dəyişib. Söhbət təkcə Gəncənin simasının dəyişməsindən getmir, həmçinin Gəncənin həyatı dəyişib. İnanırıq ki, Gəncədə hər bir seçici baş verən bütün bu dəyişikliklərə görə mövcud iqtidarı, prezident İlham Əliyevi bir mənalı şəkildə dəstəkləyir. Təbiidir ki, onun rəhbərlik etdiyi partiyanın qarşıdan gələn parlament seçkilərində irəliyə sürəcəyi namizədlərii bütün Gəncə seçiciləri, eynilə də Azərbaycan seçiciləri daha qətiyyətlə dəstəkləyəcək”.

Toplantıdan sonra müşavirə iştirakçıları Gəncədə fəaliyyət gösətərən sənaye obyektləri ilə tanış olacaq, Heydər Əliyev prospektini və Xan bağını gəzəcəklər. Günün ikinci yarısında isə Mir Cəlal Paşayevin ev muzeyində Gəncə Dövlət Kamera Orkestri, xalq çalğı alətlərindən ibarət trionun iştirakı ilə konsert keçiriləcək. Sabah isə müşavirə iştirakçıları YAP Gəncə şəhər təşkilatının qərərgahına gələrək təşkilatın fəaliyyəti və iş təcrübəsi ilə yaxından tanış olacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR