Bank Of Baku

“Azadlıq” blokunun üzvü olan partiyaların təmsilçiləri polisə çağırılıblar

“Azadlıq” blokunun üzvü olan partiyaların təmsilçiləri polisə çağırılıblar
# 14 may 2010 13:07 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Azadlıq” blokunun üzvü olan partiyaların nümayəndələri Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıblar. AXCP Ali Məclisinin sədri Həsən Kərimov APA-ya bildirib ki, bu çağırış blokun mayın 15-nə təyin etdiyi icazəsiz aksiya ilə bağlıdır. Ali Məclis sədrinin sözlərinə görə, bu gün bloka daxil olan AXCP, Vətəndaş və İnkişaf Partiyasının və Azərbaycan Liberal Partiyasının nümayəndələri BŞBPİ-nə gedəcəklər. O, istənilən halda aksiya ilə bağlı qərarın dəyişməyəcəyini deyib.

Qeyd edək ki, “Azadlıq” bloku sabah Nərimanov kinoteatrının qarşısında icazəsiz aksiya keçirmək barədə qərar qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR