Bank Of Baku

Hüquq-mühafizə orqanları “Azadlıq” blokuna icazəsiz aksiya keçirməməklə bağlı xəbərdarlıq edib

Hüquq-mühafizə orqanları “Azadlıq” blokuna icazəsiz aksiya keçirməməklə bağlı xəbərdarlıq edib
# 14 may 2010 16:02 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Hüquq-mühafizə orqanlarının rəhbərləri “Azadlıq” blokunun nümayəndələrinə sabaha təyin etdikləri aksiya ilə bağlı xəbərdarlıq ediblər. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Ali Məclisinin sədri Həsən Kərimov APA-ya bildirib ki, Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev, Bakı Şəhər Prokurorunun müavini Qənimət Səfərov və Bakı şəhər Prokurorluğunun Polisə Nəzarət İdarəsinin rəisi Pənah Abbasov bu gün blokun nümayəndələri ilə görüşüblər. Hüquq-mühafizə orqanlarının rəhbərləri aksiyanın keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyəti tərəfindən yer ayrıldığını və blokun mitinqi həmin yerlərin birində keçirməsini tələb ediblər. H. Kərimov bildirib ki, onlar Konstitusiyaya uyğun olaraq aksiyanın keçirilməsi ilə bağlı BŞİH-nə xəbərdarlıq məktubu təqdim ediblər və sabah aksiya Nərimanov kinoteatrının qarşısında keçiriləcək.

Qeyd edək ki, “Azadlıq” bloku mayın 15-də mitinq keçirmək üçün BŞİH-nə etdiyi müraciətdə Azneft meydanı, Teleteatrın qarşısındakı meydan, Parlament prospektində yürüş, Cavid Bağı, Sahil Bağı, Nərimanov kinoteatrının qarşısı, Cəfər Cabbarlı heykəlinin qarşısındakı meydanlardan birinin ayrılmasını istəmişdi. Şəhər rəhbərliyi isə bloka aksiyanı Binəqədi rayonu ərazisində Binəqədi qəsəbəsinin İdman-Sağlamlıq Kompleksinin stadionunda, Səbail rayonu ərazisində 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançada və Xətai rayonunda Zığ yolu küçəsi 29/22-ci məhəllə ilə üzbəüz meydançada keçirməyi təklif edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR