Bank Of Baku

“Azadlıq” blokuna daxil olan partiyaların icazəsiz aksiya keçirmək cəhdinin qarşısı alınıb

“Azadlıq” blokuna daxil olan partiyaların icazəsiz aksiya keçirmək cəhdinin qarşısı alınıb
# 15 may 2010 12:33 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Azadlıq” blokuna daxil olan partiyalar Bakıda Nərimanov kinoteatrının qarşısında aksiya keçirməyə cəhd ediblər. APA-nın xəbərinə görə, icazəsiz aksiya keçiriləcək ərazi əvvəlcədən polis nəzarətinə götürülüb. Aksiya təyin olunan vaxtda bir qrup blok üzvü Ağa Nemətulla küçəsi ilə “Azadlıq!” şüarı səsləndirərək kinoteatrın qarşına gəlməyə çalışıblar. Polis bunun qarşısını alıb. 20-yə yaxın aksiya iştirakçısı saxlanılıb.

Qeyd edək ki, “Azadlıq” bloku mayın 15-də mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə etdiyi müraciətdə “Azneft” meydanı, “Teleteat”rın qarşısındakı meydanda, Parlament prospektində, Cavid Bağı, Sahil Bağı, Nərimanov kinoteatrının, Cəfər Cabbarlı heykəlinin qarşısındakı meydanlardan birinin ayrılmasını istəmişdi. Şəhər rəhbərliyi isə bloka aksiyanı Binəqədi rayonu ərazisində Binəqədi qəsəbəsinin İdman-Sağlamlıq Kompleksinin stadionunda, Səbail rayonu ərazisində 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançada və Xətai rayonunda Zığ yolu küçəsi 29/22-ci məhəllə ilə üzbəüz meydançada keçirməyi təklif edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR