Bank Of Baku

ATƏT-in Bakı ofisi növbəti dəyirmi masa təşkil edəcək

ATƏT-in Bakı ofisi növbəti dəyirmi masa təşkil edəcək
# 17 may 2010 08:38 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Mayın 18-də ATƏT-in Bakı ofisi qurumun Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun 2008-ci ildə keçirilmiş prezident seçkilərindən sonra irəli sürdüyü tövsiyələrin yerinə yetirilməsinə həsr olunmuş növbəti dəyirmi masa təşkil edəcək. APA-nın xəbərinə görə, dəyirmi masa seçkilərin təşkili, seçki komissiyalarının tərkibi, namizədlərin qeydiyyatı və seçici şikayətlərinə baxılması məsələləri müzakirə olunacaq. ATƏT DTİHB eksperti qurumun tövsiyələrini iştirakçıların diqqətinə çatdıracaq.

Dəyirmi masada hökumət nümayəndələri, siyasi partiyaların, QHT-lərin və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR