Bank Of Baku

Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının növbəti toplantısı keçirilib

Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının növbəti toplantısı keçirilib
# 17 may 2010 10:59 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bu gün Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının növbəti toplantısı keçirilib. Qurumun mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda mayın 15-də “Azadlıq” blokunun keçirdiyi aksiyanın nəticələri müzakirə edilib. DUİ rəhbərliyi sel və daşqınların nəticəsində ölkədə yaranmış situasiyanı, eləcə də təbii fəlakətin səbəblərini müzakirə edib, sözügedən məsələlərin daha obyektiv şəkildə araşdırılması üçün İctimai Komitənin yaradılmasını təklif edib. Qurum komitəyə ziyalıların, ictimai təşkilat nümayəndələrinin, siyasi partiya nümayəndələrinin və qeyd olunan sahənin mütəxəssislərinin daxil olmasını vacib sayıb. Toplantıda həmçinin DUİ və Müsavat Partiyası tərəfindən keçiriləcək mitinqə hazırlıqla əlaqədar müşavirələrin nəticələrini müzakirə edilib və qurum aksiyaya hazırlıq prosesini qənaətbəxş dəyərləndirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR