Bank Of Baku

Müsavat Divanının növbəti toplantısı keçirilib

Müsavat Divanının növbəti toplantısı keçirilib
# 17 may 2010 15:28 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Bu gün Müsavat Partiyasının Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda Kür çayının daşması və sahil bəndlərinin uçması ilə bağlı bölgədə yaranmış fəlakət zonasındakı son durum müzakirə edilib.

İclasda Demokratiya Uğrunda İttifaqla Müsavat Partiyasının birgə mayın 21-nə təyin edilmiş mitinqə hazırlıqla bağlı məsələ müzakirə edilib. Bununla bağlı konkret tapşırıqlar və təlimatlar verilib. Seçkilərə hazırlıq məsələsi bölümündə dairələr üzrə namizədlərin müəyyənləşdirilməsi yönündə müzakirələr davam etdirilib və bir sıra dairələr üzrə konkret qərarlar qəbul edilib.

Həmçinin, İranda 2006-cı ilin 21 may hadisələrinin 4-cü ildönümü ilə əlaqədar müzakirə aparılıb və İran hakimiyyətinin Azərbaycanın milli azadlıq hərəkatı fəallarına qarşı başlatdığı repressiya ilə bağlı bəyanat qəbul edilib. Partiya İran hakimiyyətinin bu addımını pisləyib və bunun dərhal dayandırılması tələb edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR