Bank Of Baku

Şahin Əliyev: “ATƏT-in AzTV-nin də seçki təbliğatı prosesinə qoşulması təklifi bizi təəcübləndirdi”

Şahin Əliyev: “ATƏT-in AzTV-nin də seçki təbliğatı prosesinə qoşulması təklifi bizi təəcübləndirdi”
# 18 may 2010 09:15 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri Prezident Administrasiyasının qanunvericilik və hüquqi ekspertiza şöbəsinin müdiri Şahin Əliyev seçki komissiyalarının tərkibinin formalaşdırılması ilə bağlı ATƏT-in tövsiyələrinə münasibət bildirərkən deyib. Şöbə müdiri bildirib ki, seçki komissiyalarının tərkibinin dəyişməsi ilə əlaqədar kifayət qədər formullar və təkliflər səslənə bilər və bununla bağlı dünyada müxtəlif təcrübələr var: “Lakin seçki komissiyalarının tərkibinin dəyişməsi iddialarının arxasında analitik təhlil dayanmalıdır”. Ş. Əliyev ATƏT-in “Azərbaycan Radio Televiziya Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin də seçki təbliğatı prosesinə qoşulması təklifinə təəccübləndiyini bildirib: “Çünki məhz ATƏT-in təklifi ilə belə bir qərar qəbul edilmişdi, amma indi bunun əksini söyləyirlər”.

Sərbəst toplaşmaq azadlığı ilə bağlı tövsiyələrə gəldikdə, Ş. Əliyev bildirib ki, ölkədə bu prosesi tənzimləyən qanun mövcuddur: “Bu qanun həm Venesiya Komissiyası, həm də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Komitəsinin ekspertizasından dəfələrlə keçib və dəfələrlə müsbət rəylər alınıb. Sərbəst toplaşmaq azadlığı məhz bu qanunla tənzimlənir. Bu qanuna görə tədbirin keçirilməsi şəhər və rayon icra hakimiyyəti ilə razılaşdırılmalıdır. Bu qanuna riayət olunursa, bu, sərbəst toplaşmaq azadlığının pozulması deyil. Ona görə ki, Bakı şəhər icra hakimiyyətinin toplantıya icazə verib-verməməsi ilə bağlı kifayət qədər arqumentləri var”.

Ş. Əliyev onu da bildirib ki, iqtidarla müxalifət arasında dialoq mühiti var və bu gün ATƏT-in təşəbbüsü ilə birgə müzakirələr də aparılıb. Hakimiyyətin təşəbbüsü ilə dialoqun nəzərdə tutulub-tutulmamağına gəldikdə şöbə müdiri bildirib ki, müxalifət dialoqla bağlı Azərbaycan hökumətinə müraciət etməyib: “Əgər konstruktiv bir təklif olarsa, hökumət həmişə hər bir siyasi qüvvə ilə dialoqa hazırdır. Seçki ilə bağlı müxalifətlə bəlkə də on ildən artıqdır ki, dialoq gedir və bu dialoq davam etdirilir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR