Bank Of Baku

Natiq Məmmədov: “Məcburi köçkünlərin siyahıya alınmasında müəyyən problemlər var”

Natiq Məmmədov: “Məcburi köçkünlərin siyahıya alınmasında müəyyən problemlər var”
# 18 may 2010 09:37 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Azərbaycan ərazilərinin işğal olunması, məcburi köçkünlərin mövcudluğu ölkə ərazisində seçkilərin keçirilməsinə də bəzi problemlər yaradır”. APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Natiq Məmmədov ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə seçkilərə həsr olunmuş konfransındakı çıxışında deyib. N. Məmmədov bildirib ki, bu ilin əvvəlindən seçki komissiyaları ölkə üzrə seçici siyahılarının hazırlanması prosesi başlayıb və bu iş mayın sonunda yekunlaşacaq: “Bu məsələdə də işğal faktoru öz izini göstərir. Məcburi köçkünlərin siyahıya alınmasında müəyyən problemlər var. Onlar ölkənin bütün ərazisinə səpələniblər və bir sıra problemlər ortaya çıxır. Hətta bələdiyyə seçkilərində onların aktiv və passiv seçki hüququnu təmin etmək mümkün olmur. Təəssüflər olsun ki, bizi müşahidə edən, seçki prosesinə maraq göstərən qurum və subyektlər tərəfindən bu halın həmişə lazım olan səviyyədə qiymətləndirməsini görmürük”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR