Bank Of Baku

Laçın rayon ictimaiyyətinin nümayəndələri Şəhidlər Xiyabanını ziyarət ediblər

Laçın rayon ictimaiyyətinin nümayəndələri Şəhidlər Xiyabanını ziyarət ediblər
# 18 may 2010 09:54 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev-APA. Bu gün Laçın rayonunun işğalının 18-ci ildönümüdür. Bu münasibətlə bu gün Bakıda və Azərbaycanın müxtəlif rayonlarında məskunlaşmış Laçın rayon ictimaiyyətinin nümayəndələri Şəhidlər Xiyabanını ziyarət ediblər. APA-nın məlumatına görə, Laçın rayon icra hakimiyyətinin başçısı Ramiz Cəbrayılov Xiyabanda Şəhidlər Abidə kompleksinin önünə əklil qoyub, iştirakçılar şəhidlərin ruhuna dualar oxuyublar. Jurnalistlərə açıqlama verən Ramiz Cəbrayılov bildirib ki, həmin günlər kino lenti kimi insanların gözlərinin önündən keçir: “Laçın bizim dədə-baba yurdumuzdur. Laçınlılar yurd həsrəti ilə yaşayırlar. Biz prezidentimizin apardığı məqsədyönlü siyasət nəticəsində tezliklə torpaqlarımızın azad olmasına inanırıq”. R. Cəbrayılov Laçının müdafiəsi zamanı 299 nəfərin şəhid olduğunu deyib. O, rayona 100 milyonlarla dollar maddi ziyan dəydiyini bildirib: “Ümid edirəm ki Laçın işğaldan azad ediləcək, şəhidlərimizin ruhu şad olacaq, yenə də ermənilərlə qonşuluq şəraitində yaşayacağıq. Biz ermənilərlə qonşu olmağa məhkumuq, çünki Laçının coğrafi mövqeyi belədir”. Xatırladaq ki, bu gün Laçın rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalından 18 il ötür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR