Bank Of Baku

Əli Əhmədov: “Bakı şəhər İcra Hakimiyyətinin kütləvi aksiyaların keçirilməsi üçün ayırdığı yerlər tamamilə məqsədə uyğundur”

Əli Əhmədov: “Bakı şəhər İcra Hakimiyyətinin kütləvi aksiyaların keçirilməsi üçün ayırdığı yerlər tamamilə məqsədə uyğundur”
# 18 may 2010 10:31 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Bakı şəhər İcra Hakimiyyəti tərəfindən kütləvi aksiyaların keçirilməsi üçün ayrılmış yerlər tamamilə məqsədə uyğundur və həmin yerlərdə aksiyalar keçirmək mümkündür”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov deyib.

Müxalifətin həmin yerlərdə aksiya keçirməkdən imtina etməsinin səbəbləri olduğunu qeyd edən Ə. Əhmədovun fikrincə, müxalifət kütləvi aksiyaları keçirmək niyyətini ortaya qoyarkən heç də öz tərəfdarları ilə görüşmək niyyətini güdmür: “Bu cəhdlərin arxasında gərginlik yaratmaq və beynəlxalq təşkilatlara bu mesajı çatdırmaq durur ki, guya Azərbaycanda kütləvi aksiyaların keçirilməsinə imkan verilmir, bunun formalarından biri də yerlərin ayrılmamasıdır. Digər səbəb odur ki, müxalifət özünün sosial dayaqlarının yetərincə olmadığını görür, buna görə aksiyaları elə yerdə keçirməyə cəhd göstərir ki, orada həmişə insanlar çox olur. Bütövlükdə siyasi proseslərə bu şəkildə yanaşılması müxalifətin məsələlərə qeyri-ciddi yanaşdığını göstərir. Əgər onlar həqiqətən də kütləvi aksiya keçirmək istəyirlərsə, istənilən yerdə bunu edə bilərlər”.

Ə. Əhmədov Azərbaycanda parlament seçkiləri öncəsi vəziyyətin kifayət qədər demokratik olduğunu qeyd edib: “Dəfələrlə müxalifət partiyaları seçkilərdə iştirakdan imtina edib. Bu imtinanın arxasında dayanan həqiqi faktor onlara ictimai dəstəyin olmamasıdır. Müxalifətin arxasında böyük ictimai dəstək yoxdur. Parlament seçkilərinin qanunauyğun aparılması üçün hakimiyyət lazımı tədbirlər görüb, bundan sonra da bu addımlar davam edəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR