Müsavat Partiyasının başqanı ATƏT-in fəaliyyətini tənqid edib
APA-nın məlumatına görə, bunu Müsavat Partiyasının başqanı İsa Qəmbər ATƏT-in parlament seçkiləri öncəsi Azərbaycandakı təşəbbüslərinə münasibət bildirərkən deyib. İ. Qəmbər ATƏT-in Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyini də tənqid edib: “ ATƏT Ermənistanla Azərbaycana deyir ki, Dağlıq Qarabağla bağlı sizin əvəzinizə qərar qəbul etməyəcəyik, özünüz həll edin. Yəni işğalçı tərəflə işğala məruz qalan tərəfə fərq qoymur. Eyni qaydada ATƏT Azərbaycan da seçki məsələlərinə baxanda da deyirlər ki, bu barədə özünüz qərarlar qəbul edin ki, seçki komissiyalarının formatının bu şəkildə olması düzgündür, ya yox. İstər Qarabağ məsələsi, istərsə də seçkilərin demokratik keçirilməsində ATƏT dünyanın önəmli təşkilatlarından biri kimi aydın, birmənalı mövqe ortaya qoymalıdır. Biz hesab edirik ki, bu, daha düzgün olardı”.
İ. Qəmbər bildirib ki, Azərbaycanda keçirilən hər seçkidə müxalifətin bu prosesdə iştirak edib-etməmək məsələsi gündəmə gəlir: “Seçkilərdə iştirak edəndə bunun mənasının olmadığını, boykot edəndə də eyni fikir söylənilir. İstənilən halda biz demokratiya uğrunda mübarizə aparırıq. Bu missiya çərçivəsində də hesab edirik ki, indiki mərhələdə Azərbaycanın əksər siyasi qüvvələri seçkidə iştirak etmək əzmindədir”.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli isə bildirib ki, seçkiöncəsi vəziyyətin demokratikləşməsi məsələsi nəzəri diskussiyalarla məhdudlaşmamalı, bunun praktik əhəmiyyəti olmalıdır: “ATƏT sərbəst toplaşmaq azadlığı haqqında apreldə tədbir keçirdi və bildirdi ki, Azərbaycanda sərbəst toplaşmaq azadlığı təmin olunmalıdır. Həmin vaxtdan bəri müxalifət üç dəfə aksiya keçirdi və üst-üstə 100-dən artıq iştirakçı həbs edildi”. Ə. Kərimli Azərbaycanda dialoq mühitinin olmadığını da deyib: “Seçkiləri boykot etmək və iştirak fərqli faktdır. Parlament seçkilərində iştirakın üstünlükləri daha çoxdur. Çünki seçkiyə çoxlu sayda namizəd qatılır və bu qədər insanın seçki qərargahlarına cəlb edəcəyi insanlar minlərlə fəalın prosesə cəlb edilməsi deməkdir. Parlament seçkilərində ictimai fəallığı artırmaq imkanları var. Ona görə də biz seçkidə iştirak etmək qərarındayıq”.
Daxili siyasət
Milli Məclisin növbəti iclaslarının vaxtı və gündəliyi açıqlanıb - YENİLƏNİB
Vyetnamın dövlət televiziyasında Azərbaycanla əməkdaşlığın gücləndirilməsinə dair material yayımlanıb
Milli Məclisin iclası başlayıb
Dekabrda nazir və komitə sədrlərinin vətəndaş qəbulu CƏDVƏLİ
Xəbər Lenti
İran-Azərbaycan sərhədini pozmağa cəhd edən 2 Əfqanıstan vətəndaşı saxlanılıb
Azərbaycan 10 ayda çay ixracından 6 mln. manatdan çox gəlir əldə edib
Avropa Komissiyasının nümayəndəsi: Aİ Naxçıvan dəmir yolu üzrə texniki araşdırma aparır, bu, region üçün strateji layihədir - MÜSAHİBƏ
Ukrayna ötən gecə Rusiyanın iki neft obyektinə zərbə endirib - VİDEO
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb
CSCA imtahanına qeydiyyat başladı – UniDestin namizədlərə dəstək göstərir
Dünən gecə Ukraynanın Rusiyaya ən böyük dron hücumlarından biri baş verib
“Bitcoin”in qiyməti 60 min dollardan aşağı düşüb
Gəncədə 15 yaşlı yeniyetməni bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb
KTMT: Ermənistanın təşkilatdan çıxarılması məsələsi gündəmdə deyil
Xaçmazda maşın ağaca çırpılıb, 26 yaşlı sürücü xilas edilib - VİDEO
“NYMEX” birjasında təbii qazın dəyəri azalıb
“Brent” markalı neft ucuzlaşıb
Ağsuda iki maşın toqquşub, bir nəfər ölüb
Polşa Baş Prokurorluğu Kaçinskinin də həlak olduğu Smolensk təyyarə qəzasının səbəbini açıqlayıb
Azərbaycan nefti 101.4 dollara ticarət olunur
Melaniya Tramp Rusiya və Ukrayna ilə bağlı humanitar fəaliyyətini davam etdirdiyini bildirib
Almaniyada dron aşkarlanması hava limanında uçuşların dayandırılmasına səbəb olub
Səudiyyə Ərəbistanı husilərin raketini havada məhv edib
Vaşinqton hava limanında iki sərnişin təyyarəsinin qanadları bir-birinə toxunub
CENTCOM Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edildiyini açıqlayıb
Tramp 2028-ci il seçkilərində varisini mümkün qədər gec açıqlamaq niyyətindədir
Lənkəranda baş verən qəzada ölən və xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB
SEPAH Hörmüz boğazında iki gəminin minaya düşməsi ilə bağlı məlumat yayıb
Zelenski Ukraynanın Liviyadakı əməliyyatının tərəfdaşlarla razılaşdırılmadığını etiraf edib
Suriyada hökumət qüvvələrinin mövqelərinə hücum edilib
Hakan Fidan: Məkkə İttifaqının əsas məqsədi sülhə və sabitliyə töhfə verməkdir
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə regionda gərginliyin azaldılmasına çağırıb
Almaniya Ukraynaya dəstək üçün 11,6 milyard avro ayıracaq
Ukrayna Qara dənizdə atəşkəs təklif edib, Rusiyadan cavab gözləyir
Ukrayna və Estoniya Azərbaycanla tərəfdaşlıq və əməkdaşlığı gücləndirmək niyyətini bəyan edib
ABŞ Oman körfəzində İran limanından çıxan yük gəmisini vurub
Ceyhun Bayramov: Estoniya səfirliyinin açılması ikitərəfli münasibətlərdə yeni mərhələdir
İran Küveytdəki hücumu Ukraynanın təşkil etdiyini iddia edib
Gələn ay musiqi müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək
Ukrayna ordusu “İsgəndər” raketləri üçün yanacaq istehsal edən zavodu vurub
“Reuters”: Hakerlər ABŞ Hərbi Hava Qüvvələrinin bulud hesablama platformasına müdaxilə edib
Gürcüstan səfiri Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb - YENİLƏNİB
Ceyhun Bayramov Qətərin dövlət nazirini qəbul edib, siyasi məsləhətləşmələr keçirilib
Baş nazirin müavini Teymur Musayev minatəmizləmə əməliyyatları ilə tanış olub
Abşeronda narkotiklə əlaqəli 8 nəfər saxlanılıb
Moskvada Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının perspektivləri müzakirə olunub - FOTO
Vergi Xidmətinin sahibkarlardan rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslərinin məhkəməsi başlayıb
“Şamaxı” sənədli filminin təqdimatı keçiriləcək - VİDEO
Azərbaycanla BMT arasında dayanıqlı inkişaf sahəsində əməkdaşlıq müzakirə edilib
Ekspert: İmtahan sualları ilə məktəb proqramı arasında tarazlıq yaradılmalıdır
Rəsmi İrəvan: Azərbaycan və Ermənistan sülhü institusionallaşdırmaq zərurətini qəbul edib
Yaqub Eyyubov Moskvada MDB İqtisadi Şurasının iclasında iştirak edib - FOTO