Bank Of Baku

ADP seçkilərdə iştirak edəcək daha 10 namizədini müəyyənləşdirib

ADP seçkilərdə iştirak edəcək daha 10 namizədini müəyyənləşdirib
# 18 may 2010 14:53 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Demokrat Partiyası (ADP) bu il Azərbaycanda keçiriləcək parlament seçkilərində iştirak edəcək daha 10 namizədini müəyyənləşdirib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bununla da ADP-nin seçkilərdə iştirak edəcək 41 namizədinin adı və iştirak edəcəkləri seçki dairələri bəllidir. Partiyanın əvvəl açıqladığı siyahılarda namizədlərin əsasən paytaxtda yerləşən seçki dairələrindən irəli sürülməsi nəzərdə tutulsa da, sonuncu namizədlər əsasən kənd rayonlarını əhatə edir. Mətbuat xidməti partiyanın namizədləri müəyyənləşdirmə prosesini davam etdirəcəyini və seçkilərdə 60-dan çox namizədlə iştirak edəcəyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR