Bank Of Baku

Azərbaycan Milli Məclisinin yaz sessiyasının sonuncu iclasının mayın 25-də keçiriləcəyi gözlənilir

Azərbaycan Milli Məclisinin yaz sessiyasının sonuncu iclasının mayın 25-də keçiriləcəyi gözlənilir
# 19 may 2010 10:06 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Milli Məclisinin yaz sessiyasının sonuncu iclasının mayın 25-də keçiriləcəyi gözlənilir. Parlamentdən APA-ya daxil olan məlumata görə, iclasda “2009-cu ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və digər sənədlər müzakirə olunacaq. Bundan başqa, saz sessiyasının sonuncu iclasında növbədənkənar sessiyasının çağırılması barədə qərarın da qəbul olunması nəzərdə tutulub. Artıq növbədənkənar sessiyasının çağırılması üçün deputatlardan imza toplanmasına başlanıb. Növbədənkənar sessiya iyun ayı ərzində keçiriləcək.

Qeyd edək ki, Milli Məclisin növbədənkənar sessiyasının çağırılması üçün deputatların 1/3-nin müraciət lazımdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR