Bank Of Baku

Əli Əhmədov Qazaxıstanın hakim partiyasının nümayəndəsi ilə görüşüb

Əli Əhmədov Qazaxıstanın hakim partiyasının nümayəndəsi ilə görüşüb
# 19 may 2010 13:10 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov partiyanın mənzil-qərargahında Qazaxıstanın hakim "Nur Otan" Xalq-Demokratik Partiyasının Mangistau vilayət filialı sədrinin birinci müavini Jaumbay Karayevlə görüşüb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Ə. Əhmədov YAP və "Nur Otan" Partiyası arasında sıx münasibətlərin olduğunu bildirib. O, hazırda Azərbaycan və Qazaxıstan arasında iqtisadi, siyasi, humanitar və mədəni sahədə geniş əməkdaşlığın mövcud olduğunu, partiyalar arasında əməkdaşlığın dövlətlər arasındakı münasibətlərin mühüm tərkib hissəsi kimi qiymətləndirdiyini söyləyib.

J. Karayev isə Qazaxıstanla Azərbaycan arasındakı dostluğun tarixi köklərə malik olduğunu söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR