Bank Of Baku

Müsavat Partiyası və DUİ icazəsiz aksiyaya qərar verib

Müsavat Partiyası və DUİ icazəsiz aksiyaya qərar verib
# 19 may 2010 13:26 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyası və Demokratiya Uğrunda İttifaqın (DUİ) mayın 21-nə təyin etdiyi aksiya ilə bağlı müraciətinə cavab verib. Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı APA-ya bildirib ki, səhər rəhbərliyinin onlara cavab məktubunda aksiyanın Binəqədi rayonu Binəqədi qəsəbəsinin İdman-Sağlamlıq Kompleksinin stadionunda, Səbail rayonu 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançada, yaxud Xətai rayonu Zığ yolu küçəsi 29/22-ci məhəllə ilə üzbəüz meydançada keçirilməsi təklif edilir. A. Hacılı isə bu yerlərdə aksiya keçirməyin mümkün olmadığını və şəhər rəhbərliyinə təklif edilmiş 4 yerdən birində və ya hamısında icazəsiz aksiya keçiriləcəyini bildirib.

Qeyd edək ki, Müsavat və DUİ BŞİH-dən Nərimanovun heykəlinin qarşısı, Cavid Bağı, “Azneft” meydanı və yaxud Səməd Vurğun bağının aksiya üçün ayrılmasını xahiş etmişdi. Mitinqdə seçkiöncəsi demokratik şəraitin yaradılması, sərbəst toplaşmaq azadlığının bərpası, seçki qanunvericiliyinin dəyişdirilməsi və digər tələblər səsləndiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR