Bank Of Baku

Azərbaycanın dörd müxalifət partiyasının rəhbəri görüşüb

Azərbaycanın dörd müxalifət partiyasının rəhbəri görüşüb
# 19 may 2010 13:31 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Bu gün dörd müxalifət partiyasının rəhbəri arasında görüş keçirilib. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlunun APA-ya verdiyi məlumata görə, Müsavat Partiyasının qərargahında keçirilən görüşdə Müsavat başqanı İsa Qəmbər, Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu və S. Cəlaloğlu özü iştirak edib.

Görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət, müxalifətin durumu, qarşıdan gələn parlament seçkilərində müxalifətin iştirak perspektivləri və digər məsələlərə müzakirə edilib: “Hələlik konkret qərarlar qəbul olunmayıb. Bu, ilk görüş idi və ümumi məsələlərə diqqət yetirildi. Müzakirələri davam etdirmək fikrindəyik”.

Müzakirələrin davam edəcəyi halda bu formata digər partiyaların da qatılıb-qatılmayacağına gəldikdə, S. Cəlaloğlu deyib ki, bu, proseslərin gedişindən asılı olacaq: “Hazırda hər hansı fikir bildirmək mümkün deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR