Bank Of Baku

“Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanun layihəsi müzakirə olunub

“Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanun layihəsi müzakirə olunub
# 19 may 2010 13:46 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib. APA-nın xəbərinə görə, iclasda “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanun layihəsi müzakirə olunub.

Komitə sədri Ziyafət Əsgərov bildirib ki, 36 maddə və 7 fəsildən ibarət qanun layihəsində fövqəladə hallar orqanlarında xidmətkeçmənin hüquqi əsasları, əməkdaşların sosial müdafiə məsələləri, işə qəbul və xidmətə xitam vermə qaydaları, rütbələr və dərəcələrlə bağlı məsələlər əks olunub: “Fövqəladə Hallar Nazirliyi çox qısa bir müddətdə həm maddi-texniki, həm də elmi baza ilə təmin edilsə də, indiyədək qurumda xidmətkeçmə haqqında qanun yox idi. Hazırda nazirliyin hüquqi mənada tam, yüksək səviyyədə fəaliyyəti üçün artıq normativ baza yaradılır”.

Çıxış edən deputatlar rəy və təkliflərini söyləyib, mükəmməl qanun layihəsinin hazırlandığını söyləyiblər.

Sonda qanun layihəsi təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə tövsiyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR