Bank Of Baku

“Azadlıq” blokuna daxil olan partiyalar namizədlərini müəyyənləşdirir

“Azadlıq” blokuna daxil olan partiyalar namizədlərini müəyyənləşdirir
# 19 may 2010 14:49 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Azadlıq” blokuna daxil olan partiyalar parlament seçkilərində irəli sürəcəkləri namizədlərin siyahısının hazırlanmasını yekunlaşdırmaq üzrədir. Blokda təmsil olunan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev APA-ya bildirib ki, yaxın günlərdə blokun ümumi namizədlər siyahısı hazırlanacaq, bundan sonrakı mərhələdə isə blok ümumilikdə müxalifətin müəyyən dairələrdən vahid namizədlərinin razılaşdırılması üçün müzakirələrə başlayacaq: “Hələlik blok daxilində seçki dairələrinin razılaşdırılması prosesi başlamayıb. Biz siyahıları tam hazırladıqdan sonra bununla bağlı müzakirələr aparılacaq”.

Ə. Əliyev VİP-in 40-a yaxın, blokdakı partiyaların da təxminən bu qədər namizəd müəyyənləşdirdiyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR