Bank Of Baku

Milli Məclisin üzvləri beynəlxalq tədbirlərdə iştirak edəcək

Milli Məclisin üzvləri beynəlxalq tədbirlərdə iştirak edəcək
# 19 may 2010 15:43 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin deputatları beynəlxalq tədbirlərdə iştirak edəcək. APA-nın xəbərinə görə, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov mayın 20-dən 22-dək Bolqarıstanda səfərdə olacaq. Deputat burada Avropa Birliyinin “Şərq siyasəti, yeni imkanlar, yeni öhdəliklər” mövzusunda təşkil etdiyi konfransa qatılacaq.

Milli Məclisin üzvü Sabir Rüstəmxanlı isə Dünya Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə keçiriləcək tədbirlərdə iştirak etmək üçün ABŞ-a yola düşüb. O, mayın 24-dək ABŞ-da olacaq, oradan isə Kanadaya yollanacaq.

Digər deputat - Məlahət İbrahimqızı Niderlandın Haaqa şəhərində keçirilən Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması üzrə XI Qurultayda iştirak etmək üçün bu ölkəyə səfər edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR