Azərbaycan prezidenti Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar Hökumət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb
Yaranmış vəziyyətdə mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən bütün aidiyyəti qurumlarla birlikdə operativ qaydada görülmüş zəruri tədbirlər nəticəsində təbii fəlakətin daha böyük fəsadlarının qarşısı alınıb, zərər çəkmiş insanlar öz evlərindən müvəqqəti məskunlaşma yerlərinə köçürülüb, onlara müxtəlif kommunal, iaşə, səhiyyə və digər xidmətlərin göstərilməsi təşkil olunub.
Baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması, bölgənin iqtisadiyyatının və yaşayış məntəqələrinin bərpası, əhaliyə dəymiş ziyanın ödənilməsi və gələcəkdə belə halların qarşısının alınması üçün kompleks tədbirlərin hazırlanması məqsədi ilə Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətlə əlaqədar aşağıdakı tərkibdə Hökumət Komissiyası yaradılıb:
Komissiyanın sədri:
Artur Rasizadə - Azərbaycan Respublikasının Baş naziri
Komissiyanın üzvləri:
Abid Şərifov - Azərbaycan Respublikası Baş Nazirinin müavini
Əli Həsənov - Azərbaycan Respublikası Baş nazirinin müavini,
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsinin sədri
Kəmaləddin Heydərov - Azərbaycan Respublikasının Fövqəladə Hallar Naziri
Ramil Usubov - Azərbaycan Respublikasının Daxili İşlər Naziri
Samir Şərifov - Azərbaycan Respublikasının maliyyə naziri
Şahin Mustafayev - Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri
Oqtay Şirəliyev - Azərbaycan Respublikasının səhiyyə naziri
Hüseynqulu Bağırov - Azərbaycan Respublikasının ekologiya və təbii
sərvətlər naziri
İsmət Abbasov - Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri
Ziya Məmmədov - Azərbaycan Respublikasının nəqliyyat naziri
Əli Abbasov - Azərbaycan Respublikasının rabitə və informasiya
texnologiyaları naziri
Fizuli Ələkbərov - Azərbaycan Respublikasının əmək və əhalinin sosial
müdafiəsi naziri
Misir Mərdanov - Azərbaycan Respublikasının təhsil naziri
Zeynal Nağdəliyev - Azərbaycan Respublikasının Prezidenti
Administrasiyasının Regional İdarəetmə və yerli
özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri
Kərəm Həsənov - Azərbaycan Respublikasının Əmlak Məsələləri üzrə
Dövlət Komitəsinin sədri
Qərib Məmmədov - Azərbaycan Respublikasının Dövlət Torpaq və
Xəritəçəkmə Komitəsinin sədri
Abbas Ələsgərov - Azərbaycan Respublikasının Dövlət Səhərsalma və
Arxitektura Komitəsinin sədri
Arif Vəliyev - Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin
sədri
Səlim Müslümov - Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə
Fondunun sədri
Əhməd Əhmədzadə - “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
Nizaməddin Rzayev - “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
Etibar Pirverdiyev - “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
Hökumət Komissiyasına tapşırılıb ki, yaşayış yerini itirmiş ailələrə ilk növbədə həyati əhəmiyyətli məsələlərin həllində zəruri köməklik göstərsin, mənəvi-psixoloji sarsıntıya məruz qalmış insanların reabilitasiyası tədbirlərini həyat keçirsin, uçmuş, qəzalı vəziyyətə düşmüş evlərin, infrastruktur və digər sosial təyinatlı obyektlərin siyahısını hazırlasın, təbii fəlakət nəticəsində əhaliyə dəymiş maddi ziyanın həcmi qiymətləndirilsin, müvafiq kompensasiyaların məbləğlərini müəyyən etsin və onların ödənilməsi ilə əlaqədar lazımi tədbirlər görsün, təbii fəlakətə məruz qalmış rayonların iqtisadiyyatının, sosial, aqrar, kommunal, enerji, rabitə, nəqliyyat və digər infrastrukturların bərpası və yenidən qurulması üçün tədbirlərin həyata keçirilməsinə dair təkliflərini 1 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin, həyata keçirilən tədbirlər haqqında əhalinin məlumatlandırılmasını təmin etsin, təbii fəlakətlə bağlı görülən işlərin gedişi barədə Azərbaycan prezidentinə mütəmadi olaraq məlumat versin, gələcəkdə mümkün ola biləcək belə qarşısının alınması üçün kompleks tədbirlər dair təkliflərini 2 ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin.
Daxili siyasət
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xəbər Lenti
"PeşəFest-2026" başlayıb
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - VİDEO
Bakıda daha iki küçədə avtobus zolağı təşkil edilir
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb
Qubada yol qəzasında 5 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB
Rusiya Ermənistana xəbərdarlıq edib
Rəsmi Bakı Fransanın Azərbaycana səyahət xəbərdarlığını rədd edir
“Pirqulu Park” hotelində 600 nəfərlik konqres binası yaradılıb - FOTO
Makronun həyat yoldaşı ilə bağlı məhkəmə işində bəraət alan jurnalist Nataşa Rey vəfat edib
Yevlaxda iki yük maşını toqquşub
“PAŞA Sığorta” “Daha sağlam və sığortalı gələcək üçün” xeyriyyə aksiyasına dəstək verib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Dərbənddəki Azərbaycan Teatrına Müslüm Maqomayevin adı verilib
Rabitəbank 32-ci filialını Bakıxanovda açıb - FOTO
Yağış yağacaq, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
FHN Cəlilabadda seminar-müşavirə keçirib
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib
Gürcüstan XİN Tsxinvali bölgəsində keçirilən “prezident seçkiləri”ni qınayıb
Sədr müavini: "PAŞA Bank"ın hər hansı bankı almaq planı yoxdur
Bəhruz Nağıyev: Bank sektorunda rəqabət kifayət qədər yüksəkdir
“Nar dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir
Cəlilabadda zəncirvari yol qəzası baş verib, 4 nəfər xəsarət alıb - FOTO
General-mayor İsgəndər Allahverdiyev Hərbi Memorial Məzarlıqda dəfn edilib - FOTO - YENİLƏNİB
“PAŞA Bank” gələn ay səhmdarlarına dividend ödəyəcək
Ziya Bünyadov prospektinin bir hissəsində avtobus zolağının qüvvədə olma saatı uzadılıb
Salyanda motosiklet piyadanı vuraraq öldürüb
QHT-lər Ermənistanın işğaldan azad edilmiş ərazilərə səfər etmiş diplomatik korpusa qarşı kampaniyasını pisləyib
Şuşada Milli Musiqi Günü qeyd edilib - FOTO
Moskva Tokiodan Amerika raket komplekslərinin Yaponiyadan çıxarılmasını tələb edib
“PAŞA Bank” Naxçıvanda günəş enerjisi layihəsinə 8,5 mln. manat ayırıb
“PAŞA Bank”ın səhmdarlarının sayı 18 minə yaxınlaşıb
Sumqayıtda yeni mənzillər satışa çıxdı - Qiymətlər və şərtlər
Erməni cinayətkar şəbəkə Fransa məhkəməsində: Milyonlarla avroluq cinayət işinin detalları
“Aqrarkredit”in bir neçə əmlakı ilk hərracda aşağı qiymətə satılıb
Litva hərbi təhdid olduğu təqdirdə, əhalisini Polşaya təxliyə edəcək
Alban-Udi xristian dini icması Ermənistanın Gəncəsər və Xudavənglə bağlı revanşist reaksiyalarını qınayıb - BƏYANAT
FHN-in nümayəndəsi beynəlxalq konfransda iştirak edib
Britaniyalı diplomat silah tədarükü ilə bağlı Rusiya XİN-ə çağırılıb, Moskva Londonu hədələyib
İspaniya millisinin Millətlər Liqası üçün heyəti açıqlanıb
Futbol üzrə Azərbaycan Kubokunun püşkü atılıb
Pakistanda cümə namazı vaxtı məscidin yaxınlığında partlayış baş verib: 15 nəfər ölüb, 50 yaralı var - FOTO
FHN-in Sumqayıt Regional Mərkəzi mülki müdafiə kursları keçirib
Baş Prokurorluq İsmayıllıda seminar keçirib - YENİLƏNİB
Ukrayna Avropa İttifaqının 3.3 milyard avroluq maliyyə paketini əldə edib
Şamaxıda “Nəsimi Bağları”nda 150 mindən çox ağac və bitki əkilib - FOTO
Papuaşvili: Rusiya Gürcüstanın ərazi bütövlüyünü tanımalıdır
Mənimsəmədə ittiham olunan sabiq hərbi vəzifəli şəxslərin məhkəməsi başlayıb