Bank Of Baku

Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı yeni seçici siyahıları mayın sonuna hazır olacaq

Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı yeni seçici siyahıları mayın sonuna hazır olacaq
# 20 may 2010 10:02 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. Parlament seçkiləri ilə bağlı yeni seçici siyahıları mayın sonuna qədər müəyyənləşdiriləcək. APA-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib. MSK sədri deyib ki, komissiyanın bu günlərdə iclası keçiriləcək, həmin iclasda bu prosesə yekun vurulacaq.

MSK-da boş qalan yerlərə namizədlərin müəyyənləşdirilməsi barədə suala cavab verən M. Pənahov komissiyanın tərkibini parlamentin formalaşdırdığını xatırladıb: “Yəqin ki, parlament bu məsləyə baxacaq. Mən də istəyirəm ki, parlament bu məsləyə baxsın və həmin yerlərə qanunauyğun şəkildə təyinatlar həyata keçirilsin”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR