Bank Of Baku

Ümid Partiyası aksiya keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib

Ümid Partiyası aksiya keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib
# 20 may 2010 10:45 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Ümid Partiyası mayın 22-də aksiya keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. Partiyanın sədri İqbal Ağazadə APA-ya bildirib ki, hələlik partiyanın etdiyi müraciətə şəhər rəhbərliyi tərəfindən cavab verilməyib. Mitinqin Nərimanov kinoteatrının qarşısında keçirilməsi nəzərdə tutulub. Partiya sədrinin sözlərinə görə, şəhər rəhbərliyi aksiyaya icazə verməsə, o zaman situasiya müzakirə olunacaq: “Hər hansı qərarı partiyanın səlahiyyətli orqanları qəbul edəcək”.

Aksiyada demokratik seçki mühitinin yaradılması, sərbəst toplaşmaq azadlığının təmin edilməsi, Seçki Məcəlləsinin dəyişdirilməsi tələbləri səslənəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR