Bank Of Baku

Demokratiya Uğrunda İttifaq 104 dairə üzrə namizədini müəyyənləşdirib

Demokratiya Uğrunda İttifaq 104 dairə üzrə namizədini müəyyənləşdirib
# 20 may 2010 11:55 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Demokratiya Uğrunda İttifaq (DUİ) parlament seçkilərində iştirak edəcək 104 namizədini müəyyən edib. Bu barədə APA-ya ittifaqda təmsil olunan Azadlıq Partiyasının sədri Əhməd Oruc məlumat verib. Onun özlərinə görə, hazırda digər dairələr üzrə namizədlərin müəyyən edilməsi prosesi gedir: “Bir sıra dairələrdə ittifaqın üzvü olan partiyaların bir neçə üzvü namizədliyini irəli sürmək fikrindədir. Biz hazırda bununla məşğuluq və hər dairədən DUİ-nin vahid namizəd irəli sürməsini istəyirik. Yaxın vaxtlarda bu proses yekunlaşacaq”. O, bəzi seçki dairələrində DUİ-nin digər partiyaların namizədlərinə dəstək verəcəyini də istisna etməyib.

Ə. Oruc onu da bildirib ki, ittifaq daxilində parlament seçkilərinə ən çox Klassik Xalq Cəbhəsi Partiyası namizəd müəyyən edib: “Amma digər partiyaların da yetərincə namizədi var”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR