Bank Of Baku

Müsavat Partiyası və Demokratiya Uğrunda İttifaq mayın 21-nə təyin etdiyi aksiyanı təxirə salıb

Müsavat Partiyası və Demokratiya Uğrunda İttifaq mayın 21-nə təyin etdiyi aksiyanı təxirə salıb
# 20 may 2010 12:34 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Müsavat Partiyası və Demokratiya Uğrunda İttifaq (DUİ) mayın 21-nə təyin etdiyi aksiyanı təxirə salıb. Bu barədə APA-ya Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib. A. Hacılı məsələ ilə bağlı bu gün adıçəkilən qurumların nümayəndələri müzakirə apardıqdan sonra belə bir qərarın qəbul edildiyini deyib: “Azərbaycanın bir hissəsinin təbii fəlakətlə üzləşdiyini nəzərə alaraq biz aksiyanı təxirə saldıq. Bu qərar Azərbaycan vətəndaşlarının taleyi ilə bağlı narahatlığımızın nəticəsi olaraq qəbul edilib. Amma kütləvi aksiyalar ləğv edilməyib, yaxın bir-iki həftədə yenidən aksiya təyin ediləcək. Çünki aksiyalarda irəli sürülən tələblər aktuallığını saxlayır”.

Qeyd edək ki, Müsavat Partiyası və DUİ mayın 21-də parlament seçkiləri öncəsi demokratik şəraitin yaradılması, sərbəst toplaşmaq azadlığının bərpası, seçki qanunvericiliyinin dəyişdirilməsi və digər tələblərlə aksiya keçirmək barədə qərar qəbul etmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR