Bank Of Baku

Mübariz Əhmədoğlu: “Münaqişənin ilk illərində Ermənistan SSRİ-ni dağıtmaqla bağlı Qərbin sifarişini yerinə yetirdiyi üçün cəlbedici ölkə olub”

Mübariz Əhmədoğlu: “Münaqişənin ilk illərində Ermənistan SSRİ-ni dağıtmaqla bağlı Qərbin sifarişini yerinə yetirdiyi üçün cəlbedici ölkə olub”
# 20 may 2010 12:57 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin (SİTM) sədri Mübariz Əhmədoğlu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, politoloq Dağlıq Qarabağ münaqişəsinin ilkin və indiki dövrlərində Ermənistanın vəziyyətinin müqayisəli təhlilini aparıb. Onun sözlərinə görə, münaqişənin ilk illərində Ermənistan SSRİ-ni dağıtmaqla bağlı Qərbin sifarişini yerinə yetirdiyi üçün kifayət qədər cəlbedici ölkə olub: “Dağlıq Qarabağ münaqişəsi məhz SSRİ-ni dağıtmaq məqsədilə ortalığa atıb. Ona görə ABŞ və Qərb ermənilərə hərtərəfli dəstək verib. Həmçinin dünyadakı ermənilərin həmrəyliyi, o zaman Azərbaycanın daxilindəki hərc-mərclik vəziyyəti ermənilərin xeyrinə edib. Yeni mərhələdə isə vəziyyət fərqlidir. Hazırda Ermənistan bütün qonşuları ilə pis münasibətdədir, kommunikasiyalar bağlıdır. Bu dövlətin 4.5 milyard borcu var və müharibə başlayacağı təqdirdə borc sahibləri Ermənistandan borclarını geri istəyəcək». M. Əhmədoğlu dünya ermənilərinin də parçalanmış vəziyyətdə olduğunu, bunun müqabilində isə Azərbaycanın daxili sabitliyinin möhkəm olduğunu qeyd edib: “Danışıqların indiki mərhələsinə təsir edən faktorlar ondan ibarətdir ki, Rusiya və Ukrayna Dnestryanı münaqişəsinin dinc yolla, Moldovanın suverenliyi və ərazi bütövlüyü prinsipi əsas götürülməklə tənzimlənməsinə tərəfdardırlar. İranın nüvə texnologiyaları haqqında Türkiyə-Braziliya-İran sazişinə ABŞ-ın ilkin, neqativ reaksiyası Türkiyə və Rusiyanı İran məsələsində yaxınlaşdıra bilər. Rusiya-Türkiyə-İran əməkdaşlığı yarana bilər və bu zaman nəinki Dağlıq Qarabağ, hətta Ermənistan da qurban gedə bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR