Bank Of Baku

Bakıda 22 May - Güney Azərbaycan Milli Hərəkatının növbəti ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib

Bakıda 22 May - Güney Azərbaycan Milli Hərəkatının növbəti ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib
# 20 may 2010 15:10 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Bu gün Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qərargahında 22 May - Güney Azərbaycan Milli Hərəkatının növbəti ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, partiyanın mətbuat və təbliğat katibi Əli Orucov 2006-cı ilin may hadisələri barədə çıxış edərək o zaman milli oyanış hərəkatının üzvlərinə qarşı qəddrlıq nümayiş etdirildiyini bildirib: “Bu gün 30 milyondan çox soydaşımızın elementar hüquqlarına hörmət qoyulmur, ana dilində yazmaq və oxumaq yasaqlanıb”.

Güney Azərbaycan Milli Oyanış Hərəkatının Bakı təmsilçisi Ağrı Qaradağlı Güneydən yenə də həyəcanlı xəbərlərin gəldiyini deyib. Onun sözlərinə görə, İran hakimiyyəti 22 may hərəkatının ildönümünün qarşısını almaq üçün artıq kütləvi həbslərə başlayıb.

Milli Dirçəliş Hərəkatının sədri Fərəc Ulusoy İranda bütün inqilabların hərəkətverici qüvvəsinin azərbaycanlılar olduğunu qeyd edib: “Ümid edirəm ki, Güneyli soydaşlarımız yenə də öz missiyasının öhdəsindən gələ biləcək və milli kimliyini bir daha təsdiqləyəcək”.

Tədbirdə Dünya Azərbaycanlıları Konqresinin təmsilçisi Əlirza Amanbəyli, Milli Mədəniyyətin Müdafiəsi İctimai Birliyinin sədri Jalə Cəfərova və digər şəxslər də çıxış edərək məsələ ilə bağlı öz fikirlərini bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR