Bank Of Baku

Dağlıq Qarabağ separatçılarının “parlament seçkiləri” pislənir

Dağlıq Qarabağ separatçılarının “parlament seçkiləri” pislənir
# 21 may 2010 08:44 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının təşkilatçılığı ilə Dağlıq Qarabağ separatçılarının mayın 23-nə təyin etdikləri “parlament seçkiləri”nə həsr olunmuş mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, tədbirdə Qarabağ Gənclər Şurası, “Üçüncü Sektor” İctimai Birliyi, “Zirvə” Mədəniyyət və İncəsənət İctimai Birliyi, Təkamül və İnteqrasiya Beynəlxalq İctimai Birliyi, Azərbaycan Tələbə Hərəkatı, “Qayğı və Himayə” İctimai Birliyinin nümayəndələri iştirak edib.

Konfransın sonunda bəyanat qəbul olunub. Bəyanatda bildirilir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yaradılan ATƏT-in Minsk Qrupu və ona həmsədrlik edən dövlətlər Ermənistanı işğaldan çəkindirmək əvəzinə bu ölkəyə hər cür dəstək verməklə təcavüzkarı gücləndirməklə məşğuldurlar. Bəyanatda ermənilərin Azərbaycan torpaqlarının bir hissəsində seçki keçirməsi pislənir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR