Bank Of Baku

Bakı şəhər İcra Hakimiyyəti Ümid Partiyasının aksiya keçirməklə bağlı müraciətini cavablandırıb

Bakı şəhər İcra Hakimiyyəti Ümid Partiyasının aksiya keçirməklə bağlı müraciətini cavablandırıb
# 21 may 2010 10:40 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Ümid Partiyasının mayın 22-də aksiya keçirməklə bağlı müraciətinə cavab verib. Partiyanın Ali Məclisinin sədri Ənvər Ağazadə APA-ya bildirib ki, şəhər rəhbərliyinin məktubunda aksiyanın partiyanın qeyd etdiyi Nərimanov kinoteatrının qarşısında keçirilməsi məqsədəuyğun sayılmır. BŞİH kütləvi aksiyalar üçün yerlərin ayrıldığını və bu aksiyanın Binəqədi qəsəbəsinin İdman-Sağlamlıq Kompleksinin stadionunda, Səbayel rayonu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydançada və yaxud da Xətai rayonu, Zığ yolu küçəsi 29/22-ci məhəllə ilə üzbəüz meydançada keçirməyi təklif edilib. Ə. Ağazadə təklif olunan yerlərdə aksiya keçirmək niyyətində olmadıqlarını və həmçinin icazəsiz aksiyaların da tərəfdarı olmadıqları üçün mayın 21-də mitinqin keçirilməyəcəyini deyib: “Biz atacağımız addımları müəyyənləşdirəcəyik. Şəhər rəhbərliyi ilə bağlı məhkəməyə müraciət etmək nəzərdə tutulur. Biz düşünürük ki, icazəsiz aksiyalar o qədər də effektli olmur. Həmçinin, qarşıdurma tərəfdarı deyilik və mitinqlərdə baş verən qarşıdurmaların partiyaların ziyanına işlədiyini düşünürük”.

Qeyd edək ki, Ümid Partiyası Azərbaycanda demokratik seçki mühitinin yaradılması, sərbəst toplaşmaq azadlığının təmin edilməsi, Seçki Məcəlləsinin dəyişdirilməsi tələbləri ilə Nərimanov kinoteatrının qarşısında mitinq keçirməyi planlaşdırmışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR