Bank Of Baku

İran Azərbaycanında 2006-cı il mayın 22-də baş verən hadisələrin ildönümü ilə bağlı dəyirmi masa keçirib

İran Azərbaycanında 2006-cı il mayın 22-də baş verən hadisələrin ildönümü ilə bağlı dəyirmi masa keçirib
# 21 may 2010 13:14 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurası Cənubi Azərbaycanda 2006-cı il mayın 22-də baş verən hadisələrin ildönümü ilə bağlı dəyirmi masa keçirib. APA-nın məlumatına görə, qurumun mətbuat xidmətinin rəhbəri Əlirza Amanbəyli xatırladıb ki, 4 il əvvəl “İran” qəzeti azərbaycanlıları təhqir etdikdən sonra minlərlə insan küçələrə çıxaraq buna etirazını bildirib və hakimiyyət tərəfindən onlara divan tutulub: “Hadisənin dördüncü ildönümü ilə əlaqədar keçirilən aksiyalarda da həbslər var. 40-a yaxın soydaşımız həbs edilərək işgəncələrə məruz qalıb”.

Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının sədri Qulamrza Təbrizi isə hər bir xalqın öz gələcəyi ilə bağlı qərar vermək hüququ olduğu vurğulayıb: “Amma İran hakimiyyəti 30 milyon insanın haqqını tanımır. Biz azadlıq istəyirik. Yolumuz çətin olsa da, buna nail olacağıq”. Q. Təbrizi İran və dünyanın bir sıra dövlətlərinin bölgədə yeni türk dövlətinin yaranmasına qarşı çıxdıqlarını qeyd edib.

Tədbirdə Cənubi Azərbaycanda son vaxtlar keçirilən kütləvi aksiyaların görüntüləri də nümayiş etdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR