Bank Of Baku

BAB-da 22 may hadisələri xatırlanıb

BAB-da 22 may hadisələri xatırlanıb
# 21 may 2010 13:36 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bütöv Azərbaycan Birliyinin (BAB) qərargahında İran Azərbaycanında 2006-cı il mayın 22-də baş vermiş hadisələrin ildönümü ilə bağlı dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə Bütöv Azərbaycan Birliyi, Güney Azərbaycan Milli Oyanış Hərəkatı, Dünya Azərbaycanlıları Konqresi, Azərbaycan Milli İstiqlal Partiyası, Bütöv Azərbaycan Gənclər Təşkilatı, Qlobal İnteqrasiya və Dialoq Mərkəzi, Azərbaycan Demokrat Firqəsinin təmsilçiləri iştirak edib. Tədbirin sonunda bəyanat qəbul olunub.

Bəyanatda bildirilir ki, 22 may hərəkatı Azərbaycan türklərinin özünüdərk, özünə qayıdış prosesini sürətləndirib, ədalətsizlik üzərində qurulan şovinist düşüncənin çöküşünün tezləşməsinə zəmin yaradıb: “Ötən 4 il müddətində İran hakimiyyətində baş qaldıran böhranlar Güney Azərbaycan türkləri və İrandakı fars olmayan başqa millətlərin milli-azadlıq mübarizəsinin yaxın gələcəkdə qələbə ilə sonuclanacağına şübhə yeri qoymur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR