Bank Of Baku

Sərdar Cəlaloğlu: “Dörd müxalifət partiyası arasında parlament seçkiləri ilə bağlı görüşlər davam etdiriləcək”

Sərdar Cəlaloğlu: “Dörd müxalifət partiyası arasında parlament seçkiləri ilə bağlı görüşlər davam etdiriləcək”
# 22 may 2010 08:59 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Dörd müxalifət partiyası arasında parlament seçkiləri ilə bağlı görüşlərin davam etdirilməsi nəzərdə tutulub. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu APA-ya bildirib ki, birinci görüşdə Müsavat Partiyasının başqanı İsa Qəmbərin bəzi təklifləri olub, Klassik Xalq Cəbhəsi və Azərbaycan Xalq Cəbhəsi partiyaları bu təklifləri öz müttəfiqləri ilə müzakirə edəcəklərini bildiriblər: “Onların müzakirələrindən sonra növbəti toplantı keçiriləcək”. S. Cəlaloğlu onu da qeyd edib ki, bu formata digər müxalifət partiyalarının daxil edilməsi nəzərdə tutulmur: “Biz əvvəl geniş formatda əməkdaşlığın qurulmasını təklif etmişdik, amma təəssüf ki, bu qəbul edilmədi. Bu isə tamamilə yeni bir formatdır. Ona görə də burada başqa partiyaların birbaşa iştirakı nəzərdə tutulmur. Ola bilsin ki, vasitəçilik qaydasında təmsilçilik olsun. Yəni burada o 4 partiya digər partiyaları da təmsil edə bilər”.

Qeyd edək ki, Müsavat, Demokrat, Klassik Xalq Cəbhəsi və Azərbaycan Xalq Cəbhəsi partiyaları arasında artıq birinci görüş keçirilib. Bu görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət, müxalifət durumu, qarşıdan gələn parlament seçkilərində müxalifətin iştirak perspektivləri müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR