Bank Of Baku

Mərkəzi Seçki Komissiyası tərəfindən maarifləndirmə proqramları təşkil olunacaq

Mərkəzi Seçki Komissiyası tərəfindən maarifləndirmə proqramları təşkil olunacaq
# 22 may 2010 10:19 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Bu il Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən maarifləndirmə proqramları təşkil olunacaq. MSK-nn mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu aşağı seçki komissiyaları, seçicilər və seçki subyektləri üçün nəzərdə tutulur. Proqramın həyata keçirilməsində MSK beynəlxalq təşkilatlarla əməkdaşlıq edəcək. Maarifləndirmə proqramı həm kütləvi informasiya vasitələrini əhatə edəcək, həm də treninq və seminardan ibarət olacaq. Hazırda, MSK maarifləndirmə proqramı üzərində iş aparır və yaxın vaxtlarda qurumun iclasında proqram təsdiq olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR