Bank Of Baku

Azərbaycan Milli Məclisinin üzvü cüdo üzrə dünya çempionatında iştirak edəcək

Azərbaycan Milli Məclisinin üzvü cüdo üzrə dünya çempionatında iştirak edəcək
# 22 may 2010 10:38 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Milli Məclisinin üzvü dünya çempionatında iştirak edəcək. Bu barədə APA-ya açıqlamasında çempionatda iştirak edəcək deputat Adil Əliyev məlumat verib. Onun sözlərinə görə, Macarıstanın paytaxtı Budapeştdə veteranlar arasında cüdo üzrə dünya çempionatı təşkil olunub: “Azərbaycandan mən də daxil olmaqla 20 nəfər veteran idmançı yarışda iştirak edəcək. Mayın 25-də başlayacaq çempionat bir həftə davam edəcək. Mən 81 kiloqram çəkidə mübarizə aparacağam. İnanıram ki, deputat kimi ikinci dəfə dünya çempionu titulunu qazanacağam” .

A. Əliyev Macarıstanda səfərdə olan zaman bu ölkədə ömürlük həbsə cəzasına məhkum edilən Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovla da görüşəcəyini deyib: “Artıq bunla bağlı Azərbaycanın Macarıstandakı Səfirliyinə müraciət etmişəm. Ramil Səfərovla görüşüm təşkil olunacaq” .
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR