Bank Of Baku

Pekində Ümumdünya Qadın Sammitində iştirak edən millət vəkili Qənirə Paşayeva sammit çərçivəsində bir sıra görüşlər keçirib - FOTOSESSİYA

Pekində Ümumdünya Qadın Sammitində iştirak edən millət vəkili Qənirə Paşayeva sammit çərçivəsində bir sıra görüşlər keçirib - <font color=red>FOTOSESSİYA</font>
# 22 may 2010 10:48 (UTC +04:00)
Pekin-APA. Pekində Ümumdünya Qadın Sammitində iştirak edən millət vəkili Qənirə Paşayeva sammit çərçivəsində bir sıra görüşlər keçirib. Millət vəkilinin APA-ya verdiyi məlumata görə, o Tanzaniyanın 1-ci xanımı Salma Kikvete, Vyetnamın vitse-prezidenti Nguyen Thi Doan, Lixtenşteynin Xarici İşlər, Mədəniyyət və Ədliyyə naziri Aurelia Friçk, Yamaykanın Xarici İşlər və Xarici Ticarət üzrə dövlət naziri Marlene Malahoo Torte, Qazaxıstanın Əmək və Sosial müdafiə naziri Gülsara Abdukalikova, Albaniyanın Əmək, Sosial Məsələlər və Bərabər Haqlar naziri Fibloreta Kadro, Omanın Ali Təhsil naziri Raşua Al Busaidi, Malavinin Gender, Uşaq və İctimai inkişaf naziri Patrisia Annie Kaliati, Sloveniyanın Təhsil və İdman üzrə dövlət katibi Alenka Kovsça, Bolqarıstanın regional inkişaf və ictimai işlər nazirinin müavini Lilyana Pavlova, Səudiyyə Ərəbistanının Qadınların Təhsili üzrə nazir müavini Norah Al Faiz ilə görüşüb.

Görüşlər zamanı millət vəkili onlara Azərbaycanla bağlı geniş məlumatlar verib. Millət vəkili Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın 20 faizini işğal etməsi, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün 15 ildən artıqdır ki, öz yurd-yuvasına dönə bilməməsi, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Xocalı soyqırımı, əsir və girov götürülmüş azərbaycanlılar, o cümlədən qadınlar barədə məlum verib və bu mövzuda onları maraqlandıran sualları cavablandırıb. Millət vəkili vurğulayıb ki, Ermənistan BMT Təhlükəsizlik Şurası, İslam Konfransı Təşkilatı, Avropa Şurası Parlament Assambleyasının qətnamələrinə məhəl qoymayaraq işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilmir və 100 minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün qadın da daxil olmaqla 1 milyon insanın öz evinə qaytmasına imkan vermir. Beynəlxalq ictimaiyyətin bununla bağlı Ermənistana təzyiqlərinin artmasının vacibliyini vurğulayan millət vəkili ölkələrində və beynəlxalq aləmdə nüfuzlu olan bu xanımlardan öz ev-eşiyinə dönə bilməyən, Ermənistan tərəfindən haqları tapdalanan azərbaycanlı qaçqın və məcburi köçkün qadınlara qarşı olan bu ədalətsizliyə qarşı hər platformada öz sərt etirazlarını göstərmələrini xahiş edib.

“İnsanlar öz evlərinə dönmək həsrəti ilə dünyadan köçürlər və bir qadın üçün bundan böyük faciə ola bilməz” deyən millət vəkili bildirib ki, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların ən böyük arzusu öz evlərinə dönməkdir və onlar dünya qadınlarından öz yurd-yuvalarına dönmələri istiqamətində dəstək və səylərini gücləndirmələrini gözləyirlər. Millət vəkili Ermənistanın əsir və girovluğunda olan qadınlar və onlara qarşı törədilən insanlıqdan kənar cinayətlər, erməni terror təşkilatlarının azərbaycanlılara qarşı törətdiyi terror aktları barədə də məlumatlar verib və onlara Heydər Əliyev Fondunun hazırladığı Qarabağ həqiqətlərinə dair kitablar və materiallar təqdim olunub. Eyni zamanda görüşlərdə Azərbaycanda qadınların cəmiyyətin və dövlətin idarə olunmasındakı rolu, qadın və uşaq problemlərinin həlli istiqamətində dövlətin yürütdüyü siyasət və gördüyü işlər, Azərbaycanın iqtisadi vəziyyəti, mədəniyyəti, və. barədə qadın liderləri maraqlandıran mövzular ətrafında da fikir mübadiləsi aparılıb. Görüş zamanı qadın liderlər bu cür görüşlərin və müzakirələr zamanı əldə olunan məlumatların onlar üçün vacib və əhəmiyyətli olduqlarını bildiriblər. Onlar da öz növbəsində ölkələrində bir sıra məsələlərlə bağlı fikirlərini söyləyiblər və qarşılıqlı fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR