Bank Of Baku

BQP irəli sürəcəyi namizədlərin seçki dairələrini dəqiqləşdirir

BQP irəli sürəcəyi namizədlərin seçki dairələrini dəqiqləşdirir
# 22 may 2010 11:13 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Mayın 22-də Böyük Quruluş Partiyası (BQP) Siyasi Qurulunun növbəti iclası keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, BQP başqanı Fazil Mustafa iclasda ictimai-siyasi vəziyyət mövzusunda çıxış edib, görülən işlər və partiyanın qarşısında duran vəzifələrdən danışıb. Müzakirələr nəticəsində növbəti iclasa qədər partiya üzvlərinin namizədliklərinin irəli sürüləcəyi seçki dairələrinin dəqiqləşdirilməsi qərara alınıb.

İclasda Avropa Parlamentinin Cənubi Qafqaza dair qətnaməsində Ermənistanın işğalçı kimi göstərilməsi, işğalçıların Azərbaycan ərazisindən çıxarılması tələbi qoyulması müsbət hadisə kimi dəyərləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR