Bank Of Baku

Milli Məclisdə “İnsan Hüquqları üzrə Müvəkkilin Azərbaycanda milli preventiv mexanizm kimi rolunun gücləndirilməsi” mövzusunda konfrans keçirilib

Milli Məclisdə “İnsan Hüquqları üzrə Müvəkkilin Azərbaycanda milli preventiv mexanizm kimi rolunun gücləndirilməsi” mövzusunda konfrans keçirilib
# 24 may 2010 09:59 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bu gün Milli Məclisdə “İnsan Hüquqları üzrə Müvəkkilin Azərbaycanda milli preventiv mexanizm kimi rolunun gücləndirilməsi” mövzusunda konfrans keçirilib. APA-nın xəbərinə görə, ATƏT, Milli Məclis və Ombudsman İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən Milli Məclisin Hüquq siyasət və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov deyib ki, Azərbaycan müstəqillik əldə edəndən sonra insan hüquqlarının təmin olunması ilə bağlı islahatlar həyata keçirilib, qanunvericilik təkmilləşdirilib.

ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel çıxışında bildirib ki, işgəncələrə qarşı mübarizə üzrə milli mexanizm daha da gücləndirilməlidir.

Ombudsman Elmira Süleymanova isə Azərbaycanda yeni təcridxanaların tikildiyini, cəzaçəkmə müəssisələrində tez-tez monitorinqlər keçirildiyini, hesabatların hazırlandığını vurğulayıb. Onun sözlərinə görə, Azərbaycanda cəzaların icrası sahəsində qanunvericilik təkmilləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR