Bank Of Baku

Sərdar Cəlaloğlu: “Bu gün Azərbaycanda mitinqlərə sosial sifariş yoxdur”

Sərdar Cəlaloğlu: “Bu gün Azərbaycanda mitinqlərə sosial sifariş yoxdur”
# 24 may 2010 11:18 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Son vaxtlar müxalifət partiyalarının keçirdiyi aksiyalar göstərdi ki, bu gün Azərbaycanda mitinqlərə sosial sifariş yoxdur”. Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deyib. Bu aksiyalara həddindən artıq az adam qatıldığını deyən partiya sədri bunun kütləvi tədbirlərin effektliliyinə çox ciddi təsir etdiyini vurğulayıb: “Biz hesab edirik ki, sosial sifariş yaranandan sonra, yəni xalq ciddi və kütləvi şəkildə kütləvi aksiyalarda iştirak etmək iradəsini nümayiş etdirəndən sonra belə tədbirlərin keçirilməsi məqsədəuyğun olar. Hazırda ictimai rəyi öyrənirik və digər partiyaların bu cür təşəbbüslərinin nəticələri dəyərləndirilirik. Bu günə olan təəssürat bundan ibarətdir ki, mitinqlərə sosial sifariş yaranmayıb. Ona görə də ADP kütləvi aksiyalara qatılmaq və yaxud aksiyalar təşkil etmək niyyətində deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR