Bank Of Baku

DUİ "Təbii fəlakətin səbəb və nəticələri: təkliflər" mövzusunda dəyirmi masa keçirəcək

DUİ "Təbii fəlakətin səbəb və nəticələri: təkliflər" mövzusunda dəyirmi masa keçirəcək
# 24 may 2010 11:48 (UTC +04:00)
Bakı – APA. Demokratiya Uğrunda İttifaqın Sədrlər Şurasının növbəti toplantısı keçirilib. DUİ-dən APA-ya verilən məlumata görə, toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilib. DUİ SŞ mayın 27-də saat 12.00-da KXCP-nin mənzil-qərargahında "Təbii fəlakətin səbəb və nəticələri: təkliflər" mövzusunda dəyirmi masa keçirməyi qərara alıb. Mayın 28-də saat 14.00-da Novxanı kəndində bayram tədbirinin Müsavat Partiyası ilə birgə keçirilməsi də DUİ rəhbərliyi tərəfindən qərarlaşdırılıb.

KXCP, Müsavat, ADP və AXCP liderlərinin görüşü barədə müzakirələr aparan SŞ görüşün format şəklində ictimaiyyətə təqdim olunmasını düzgün hesab etməyib.

Toplantıda həmçinin Dağlıq Qarabağda separatçıların keçirdiyi “seçkilər” pislənib, Azərbaycan hakimiyyətindən bu biabırçılığa son qoymaq, vəzifəsini yerinə yetirmək istiqamətində konkret addımlar atmaq tələb olunub.

Toplantıda DUİ-yə daxil olan – Klassik Xalq Cəbhəsi, Azadlıq, Böyük Azərbaycan, Xalq və Milli Qurtuluş partiyalarının rəhbərləri iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR