Bank Of Baku

MSK vahid seçicilər siyahısının dəqiqləşdirilməsinə yekun vurmaq üzrədir

MSK vahid seçicilər siyahısının dəqiqləşdirilməsinə yekun vurmaq üzrədir
# 24 may 2010 12:29 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Mərkəzi Seçki Komissiyası yanvar ayından başlanmış ölkə üzrə vahid seçicilər siyahısının dəqiqləşdirilməsi prosesinə yekun vurmaq üzrədir. MSK-nın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, seçicilərin daimi siyahısı yanvar ayından başlayaraq məntəqə seçki komissiyaları tərəfindən müvafiq seçki məntəqələri üzrə dəqiqləşdirilib, fevralın 5-dək dairə seçki komissiyalarına verilib. DSK-lar isə siyahıları aprelin 5-dək MSK-ya təhsil veriblər.

Seçici siyahılarının dəqiqləşdirilməsində yerli icra hakimiyyəti orqanlarının, bələdiyyə qurumlarının köməyindən istifadə olunub. Aprelin 5-dən etibarən isə Azərbaycan Respublikası üzrə seçicilərin siyahısı MSK tərəfindən dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə dəqiqləşdirilir. Ölkə üzrə seçici siyahılarının dəqiqləşdirilməsi prosesinə mayın 26-da MSK tərəfindən yekun vurulacaq. Bundan sonra vahid seçicilər siyahısı rəsmi sənəd statusu alacaq və kkomissiyanın rəsmi internet səhifəsinə yerləşdirilərək ictimailəşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR