Bank Of Baku

Mirmahmud Mirəlioğlu: “AXCP, KXCP, Müsavat və Demokrat partiyalarının liderləri arasında növbəti görüş ola da bilər, olmaya da”

Mirmahmud Mirəlioğlu: “AXCP, KXCP, Müsavat və Demokrat partiyalarının liderləri arasında növbəti görüş ola da bilər, olmaya da”
# 24 may 2010 13:31 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “AXCP, KXCP, Müsavat və Demokrat partiyaları arasında görüşlərin davam edib-etməyəcəyi bəlli deyil. Ola da bilər, olmaya da”. Bunu APA-ya açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu deyib. O bildirib ki, bu dörd partiyanın rəhbərinin növbəti görüşü ilə bağlı hələlik heç bir qərar yoxdur.

M. Mirəlioğlu xatırladıb ki, onun rəhbərlik etdiyi partiyanın da daxil olduğu Demokratiya Uğrunda İttifaq Müsavat Partiyası ilə əməkdaşlıq edir və hazırda tərəflər arasında məsləhətləşmələr aparılır: “Biz Müsavatla parlament seçkilərində iştirak, namizədlər və ümumilikdə bütün məsələləri müzakirə edirik. Hansı nəticələrin əldə ediləcəyi məsləhətləşmələrdən sonra bəlli olacaq”.

Qeyd edək ki, Müsavat, Demokrat, Klassik Xalq Cəbhəsi və Azərbaycan Xalq Cəbhəsi partiyalarının liderləri arasında ilk görüş keçirilib. Bu görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət, müxalifətin durumu, qarşıdan gələn parlament seçkilərində müxalifətin iştirak perspektivləri müzakirə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR