Bank Of Baku

QAT bəyanatla çıxış edib

QAT bəyanatla çıxış edib
# 24 may 2010 14:39 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Qarabağ Azadlıq Təşkilatı (QAT) Dağlıq Qarabağda separatçılar tərəfindən “parlament seçkiləri”nn keçirilməsinə etiraz olaraq bəyanatla çıxış edib. Təşkilatın mətbuat xidmətindən APA-ya daxil olan bəyanatda deyilir ki, bu seçkiləri keçirməklə ermənilər növbəti dəfə beynəlxalq təşkilatlara, beynəlxalq hüquq normalarına hörmətsizlik nümayiş etdirib.

QAT bildirir ki, erməni mənbələrinin bu “seçkilər”lə bağlı verdiyi məlumatlar, o cümlədən “seçki”də iştirak edənlərin sayı, guya demokratik mübarizənin getməsi və s. reallıqdan çox uzaqdır və növbəti erməni saxtakarlığından başqa bir şey deyil: “Ermənistanın bu oyunları hələ də davam etdirməsinin əsas günahı beynəlxalq təşkilatların üzərinə düşür. Beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər mənasız bəyanatlar vermək əvəzinə, işğalçı Ermənistana qarşı kəskin sanksiyalar tətbiq etməlidirlər. Əgər sanksiyalar yoxdursa, yenə də ikili standartlar mövqeyindən çıxış edir və faktiki olaraq Ermənistana öz oyunlarını davam etdirmək üçün şərait yaradırlar”.

QAT bəyan edib ki, Ermənistanın bu hərəkətləri Azərbaycanda “xalq diplomatiyası” tərəfdarı olan bəzi məmurlar, QHT nümayəndələri üçün də dərs olmalıdır. Təşkilat torpaqların azad olunması üçün hərbi əməliyyatlara dərhal başlanmasını vacib sayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR