Bank Of Baku

Müsavat Divanının toplantısı keçirilib

Müsavat Divanının toplantısı keçirilib
# 24 may 2010 15:06 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Müsavat Partiyası kütləvi aksiyaları davam etdirmək qərarı verib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Müsavat Divanının bu gün keçirilən iclasında mitinqin vaxtının iyun ayının birinci ongünlüyündə müəyyənləşməsi nəzərdə tutulub. Divanın növbəti toplantısında vəziyyəti bir daha dəyərləndirərək mitinqin günü haqqında qərar vermək planlaşdırılıb.

İclasda həmçinin daşqınlarla bağlı fəlakət zonasındakı vəziyyət müzakirə edilib, toplanmış informasiyalar və mütəxəssis rəyləri əsasında durum bir daha dəyərləndirilib. Fəlakətin qarşısının alınması üçün məsələnin diqqətdə saxlanılması zərurəti və Müsavat Partiyasının imkan daxilində hər cür köməklik etməyə hazır olduğu bəyan edilib.

Divan həmçinin 28 May - Respublika Günü ilə bağlı mayın 28-də Demokratiya Uğrunda İttifaqla birlikdə Novxanı qəsəbəsində Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə bayram tədbiri keçirilməsi istiqamətində hazırlıq işlərini müzakirə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR