Bank Of Baku

AMİP-in namizədləri heç kimə güzəştə getməyəcək

AMİP-in namizədləri heç kimə güzəştə getməyəcək
# 25 may 2010 09:33 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan milli İstiqlal Partiyasının (AMİP) parlament seçkilərində irəli sürəcəyi namizədlər heç kimə güzəştə getməyəcəklər. Partiyanın sədr əvəzi, baş katib Fuad Muxtarov bildirib ki, AMİP ən azı 60 seçki dairəsindən namizəd irəli sürmək niyyətindədir.

Hazırda namizədlərin müəyyənləşdirilməsi prosesinin getdiyini deyən F. Muxtarov, qurultaya qədər müəyyən bir mənzərənin yaranacağını və namizədlər siyahısının təsdiq olunacağını vurğulayıb. Bununla bərabər o, müxalifət partiyaları arasında müzakirə olunan hər dairədən vahid namizədlə çıxış etmək təklifinin real olmadığını söyləyib: “Dairələrdən vahid namizəd irəli sürmək yaxşı olar. Amma belə müzakirələr yalnız qəzet səhifələrində olur. Hələ partiyaların bu istiqamətdə real təklifləri yoxdur. Ona görə də bizim potensial namizədlərimizin heç biri geri çəkilməyəcək. Öz gücünə əmin olan namizədlərin kiməsə güzəşt etdiyini görməmişəm”.

F. Muxtarov onu da əlavə edib ki, iyun ayının sonu, iyul ayının əvvəlində AMİP-in növbəti qurultayının keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR