Bank Of Baku

Mərkəzi Seçki Komissiyası seçici siyahılarını təsdiq edib

Mərkəzi Seçki Komissiyası seçici siyahılarını təsdiq edib
# 26 may 2010 14:17 (UTC +04:00)
APA-nın məlumatına görə, qurumun bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov çıxış edərək seçici siyahılarının dəqiqləşdirilməsi, nəşri ilə bağlı danışıb və bu prosesin dəqiqliklə aparıldığını vurğulayıb. MSK sədri seçicilərə tam dəqiq siyahıların təqdim ediləcəyini qeyd edib. O, siyahıların beynəlxalq standartlara tam cavab verdiyini bildirib: “Siyahıların dəqiqləşdirilməsi prosesi daim davam edir. Bundan sonra da hər hansı seçicinin adının siyahıda olmasında problem olarsa, səsvermə yaşı çatmış vətəndaşların adlarının siyahılara daxil edilməsi davam etdiriləcək”.

MSK katibi Natiq Məmmədov çıxışında bildirib ki, seçici siyahılarının dəqiqləşdirilməsində seçki komissiyaları böyük iş aparıblar. Siyahılar əvvəlcə məntəqə seçki komissiyalarının yerli icra hakimiyyəti və pasport qeydiyyatı idarələri və bələdiyyələrin birgə iştirakı ilə hazırlanıb və dairə seçki komissiyalarına təqdim olunub. Onun sözlərinə görə, dairə seçki komissiyaları müəyyən olunmuş müddətdə bu siyahıları dəqiqləşdirərək MSK-ya təqdim edib. Azərbaycan üzrə seçicilərin ümumi sayı hazırda 4 milyon 829 min 888 nəfərdir.

“Seçkilər” İnformasiya Mərkəzinin rəhbəri Ramil Hüseynov bildirib ki, seçici siyahılarının dəqiqləşdirilməsi ilə bağlı MSK-nın “qaynar xətt”i daim fəaliyyət göstərir.

Müzakirələrdən sonra ölkə üzrə seçici siyahıları təsdiq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR